media-7

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili avqustun 12-də Türkiyəyə ilk rəsmi səfər edəcək.

XALQ.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə həyata keçiriləcək.

Səfər çərçivəsində Türkiyə – Gürcüstan ikitərəfli əməkdaşlığının bütün sahələrinin inkişaf etdirilməsi üçün atılacaq addımlarla yanaşı, aktual regional və qlobal hadisələr barədə fikir mübadiləsi aparılacaq.


media-728x90banner

Bənzər xəbərlər