featured-image-43727

 

42

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.

Müdafiə Nazirliyindən XALQ.AZ-a verilən məlumata görə, sentyabrın 15-dən 19-dək Bakı şəhərində “Silahlı Qüvvələr demokratiyada” mövzusunda seminar, Qarmiş-Partenkirxen şəhərində (Almaniya) “Maddi Texniki Təminat üzrə qarşılıqlı uyarlılıq” mövzusunda simpozium baş tutacaq.

Eyni zamanda sentyabrın 22-dək Zaqreb şəhərində (Xorvatiya) “Strike 2014” təlimində müşahidəçi qismində iştirak, 26-dək isə Souda şəhərində (Yunanıstan) “Hərbi dəniz əməliyyatları üzrə terminologiya” kursu və Qarmiş-Partenkirxen şəhərində (Almaniya) Dil testi seminarı keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.


media-728x90banner

Bənzər xəbərlər