Hindistandan Pakistanın 3 şəhərinə raket hücumu
“Hindistan Pakistanın 3 şəhərinə raket hücumu edib”.
XALQ.AZ xəbər verir ki, bu haqda Pakistan ordusu məlumat yayıb.
Qeyd olunub ki, hədəflər Pəncab əyalətinin Bahavalpur və Azad Kəşmirin iki şəhəri – Kotli və Müzəffərabad şəhərləri olub.
Zərbə nəticəsində yaralananların sayı isə 46 nəfərə yüksəlib.
Bundan əvvəl, hadisə zamanı 8 nəfərin öldüyü, 35 nəfərin isə xəsarət aldığı bildirilirdi.
******
Həmçinin Pakistan hərbçiləri cavab atəşi açıb
Məlumata görə, Hindistan Hərbi Hava Qüvvələrinin məhv edilən təyyarələri arasında Fransa istehsalı olan üç “Rafale”, bir ədəd Rusiya istehsalı olan “Su-30” və bir “MiQ-29” qırıcısı olub.