“Hizbullah” Suriyada əməliyyatları pisləyib
Livanda Hizbullah qruplaşması Amerika Birləşmiş Ştatlarının Suriyada hərbi əməliyyatlar keçirməsini pisləyib.
XALQ.AZ-ın məlumatına görə, qrupun lideri Həsən Nəsrullah videoismarışında Hizbullahın Amerikanın yaratdığı koalisiyaya qarşı olduğunu qeyd edib.
“Hədəf istər İŞİD silahlıları olsun, istərsə də Suriya rejimi, biz bu birliyə qarşıyıq. Suriyada günahsız insanları öldürmək yolverilməzdir” – deyə Nəsrullah əlavə edib.
Nəsrallah, eyni zamanda, Livan hökumətini də Amerika ilə tərəfdaşlıq etməkdən çəkindirməyə çalışıb.