media-huseyn

Rusiya azərbaycanlı bloqer Hüseyn Həsənovu axtarışa verib.

XALQ  xəbər verir ki, “Qafqazinfo” xəbər verir ki, bu haqda “Mash” teleqram kanalı məlumat yayıb.

O, Rusiya Cinayət Məcəlləsinin 174-cü maddəsinin 4-cü hissəsinə əsasən – xüsusilə külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması və yuyulmasında ittiham olunur.

Mənbə qeyd edir ki, sosial şəbəkə fenomeni 2024-cü ildən Rusiyada olmayıb, Azərbaycanda məskunlaşıb. Keçən il Moskvada Federal Vergi Xidməti 145 milyon rubl borcuna görə Hüseynə qarşı iddia qaldırıb; şirkətlərinin hesabları bloklanıb.

Çirkli pulların yuyulması ittihamı ilə axtarışa verilən Hüseyn barəsində qiyabi həbs qərarı verilib. Onu yeddi ilə qədər həbs gözləyir.

Qeyd edək ki, H.Həsənov uzun müddət idi Rusiyada yaşayırdı, o, ara-sıra Azərbaycana da gəlirdi.

 

media-54

 

Bloqer Hüseyn Həsənov Rusiyada axtarışa verilməsi və qiyabi həbs qərarı ilə bağlı şərh verib.

 Məlumata görə bu barədə o, “Instagram” səhifəsində yazıb:

“Bəli, “qiyabi həbs” sözü qorxuducu səslənir, amma əslində hər şey o qədər də dramatik deyil. Bütün vergi məsələləri ötən il həll edilib. Hüquqşünaslarım bu vəziyyətlə məşğuldurlar”, – bloqer bildirib.

Xatırladaq ki, Rusiyada Həsənov barəsində xüsusilə böyük miqdarda pul vəsaitinin leqallaşdırılması ilə bağlı cinayət işi açılıb. Ona qiyabi həbs qətimkan tədbiri seçilib. Bloqeri 7 ilədək həbs cəzası gözləyir.

Qeyd edək ki, Rusiya İstintaq Komitəsinin məlumatına görə, Hüseyn Həsənov 2019-2021-ci illərdə 170 milyon rubldan çox (təxminən 3,6 milyon manat) məbləğində vergidən yayınmaqda ittiham olunur.

 


media-728x90banner

Bənzər xəbərlər