Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 33 saylı Xətai  birinci Seçki dairəsindən namizəd Fuad Abbasovun şikayətinə baxılıb.

XALQ.AZ xəbər verir ki, MSK-ya müraciət edən namizəd Fuad Abbasov həmin dairədə bir neçə məntəqədə pozuntuların baş verdiyini iddia edərək, seçki nəticələrinin ləğvini tələb edib.

MSK-nın ekspert qrupu Fuad Abbasovun müraciətinin təmin olunmasını qərara alıb.

Qeyd edək ki, bu dairədən qalib Hüseynbala Mirələmov idi.


media-728x90banner

Bənzər xəbərlər