İlham Əliyev 79,8 %-səs çoxluğu ilə birinci oldu
“Vətəninfo.az” Xəbər Portalı tərəfindən 9 oktyabr 2013-cü il tarixdə ölkəmizdə keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərində iştirak edən namizədlərin seçicilər arasında reytinqini müəyyən etmək məqsədilə seçki hüququna malik əhali arasında sorğu keçirilmişdir. Keçirilən sorğunun nəticələri göstərir ki, hazırkı ölkə prezidenti İlham Əliyev rəqiblərindən xeyli irəlidə gedir. Beləki, sorğuda iştirak edən 2000 respondentdən 1596 nəfəri, yəni 79,8% -i Yeni Azərbaycan Partiyasının namizədinə üstünlük verir. Reytinq cədvəlində ikinci yeri Milli Şuranın namizədi Cəmil Həsənli tutur. Ona respondentlərdən 82 nəfəri, başqa sözlə 4,1% -i səs vermişdir. Respondentlərdən 68 nəfərin, yəni 3,4%-in səsini qazanmış Azərbaycan Demokrat Partiyasının namizədi Sərdar Cəlaloğlu isə reytinq cədvəlində üçüncüdür. Sorğunun nəticələrinə görə prezidentliyə namizədlər reytinq cədvəlində aşağıdakı ardıcıllıqla sıralanmışlar :
-İlham Əliyev – 1596 nəfər, yəni 79,8 % lehinə
-Cəmi Həsənli – 83 nəfər, yəni 4,15 % lehinə
-Sərdar Cəlaloğlu – 68 nəfər, yəni 3,4 % lehiə
-Qüdrət Həsənquliyev – 54 nəfər, yəni 2,7 % lehinə
-İqbal Ağazadə – 41 nəfər, yəni 2,05 % lehinə
-Fərəc Quliyev – 36 nəfər, yəni 1,8 % lehinə
-İlyas İsmayılov – 32 nəfər, yəni 1,6 % lehinə
-Araz Əlizadə – 22 nəfər, yəni 1,1 % lehinə
-Hafiz Hacıyev – 13 nəfər, yəni 0,65 % lehinə
-Zahid Oruc – 9 nəfər, yəni 0,45 % lehinə
-Heç kimə səs verməyəcəyəm və ya səsvermədə iştirak etməyəcəyəm – 46 nəfər, yəni 2,3 %
Sorğuda iştirak edən respondentlərdən 976 nəfəri, yəni 48,8 % -i kişilər, 1024 nəfəri, yəni 51,2 % -i isə qadınlar olmuşdur. Respondentlərin 74 nəfərini, yəni 3,7 % -ni tələbələr, 7 nəfərini, yəni 0,35 % -ni pensiyaçılar təşkil edir. 184 nəfər, yəni 9,2 % respondent heç bir yerdə işləmir. İşləyən respondentlərin sayı 1735 nəfər, yəni 86,75 % təşkil edir ki, onların da 1104 nəfəri, yəni 63,63 % -i özəl sektorda çalışanlardır.











