İlham Əliyev baş naziri qəbul etdi
Ölkələrarası əlaqələrin daha da inkişaf edəcəyinə əminlik ifadə olunub
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin təkbətək görüşü olub.
XALQ.AZ-ın məlumatına görə, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib.
Gürcüstanın Baş nazirinin bu səfərinin ölkələrimiz arasında əlaqələrin daha da genişlənəcəyinə töhfə verəcəyi qeyd edilib. İki ölkənin əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.











