İlham Əliyevdən vacib bəyanatlar
“Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret addımlar atmaq fikrində deyil”.
XALQ.AZ-ın məlumatına görə, bunu prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının iclasında çıxışı zamanı deyib.
Prezident bildirib ki, işğal etdiyi Azərbaycan torpaqlarını tərk etmək istəməyən Ermənistan Dağlıq Qarabağda mövcud status-kvonun saxlanılmasına çalışır: “Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. Bütün dünya Dağlıq Qrabağın Azərbaycan aid olduğunu qəbul edir. Ermənistan isə bununla razılaşmaq istəmir. İşğal nəticəsində tarixi abidələr, qəbirstanlıqlar, məscidlər dağıdılıb. 20 il keçib. Lakin münaqişə öz həllini tapmır. Ermənistan Qarabağı tərk etmək istəmir. Dağlıq Qarabağ münaqişəsi tezliklə həllini tapmalıdır”.











