İsmayıllıda böyük yanğın
İsmayıllıda yanğın hadisəsi baş verib.
XALQ.AZ-ın Fövqəladə Hallar Nazirliyinə istinadla verdiyi məlumata görə, rayonun Qoydan kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 7 ha sahədə quru ot və kol-kos yanıb.
Hadisə zamanı yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.
Yanğın saat 17:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.











