İtaliyada əməliyyat: 600 nəfər xilas edildi
Aralıq dənizi sahillərində yaşanan mühacir böhranı davam edir.
XALQ.AZ-ın məlumatına görə, İtaliyanın sahil təhlükəsizlik qüvvələri, Şimali Afrika ölkələrindən Avropaya keçməyə çalışarkən dəniz sularının əsarətində qalan 600-ə yaxın mühaciri xilas edib.
Əməliyyatlar kifayət qədər uğurlu olub. Lakin qrup Liviya sahilindən ayrıldıqdan bir neçə saat sonra göyərtəsində 40-a yaxın mühacir olan kiçik ölçülü qayıq batıb. Xilasedicilər qayığı tapa bilməyib.
Təkcə bu ilin əvvəlindən etibarən Avropa qitəsinə keçməyə çalışan 3 mindən çox mühacir dənizdə boğularaq həyatini itirib. Mühacirlərin əksəriyyəti öz ölkəsində yaşanan dini və etnik zorakılıqlardan qaçmağa çalışır.