Jalə Əliyeva bu dairədən namizəd olacaq
Jalə Əliyeva 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.
XALQ.AZ xəbər verir ki, Jalə Əliyeva 95 saylı Zərdab-Kürdəmir-Ucar seçki dairəsindən namizədliyini irəli sürəcək.
Qeyd edək ki, Jalə Əliyeva üçüncü, dördüncü, beşinci və altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Filologiya elmləri doktorudur,Türk dili və ədəbiyyatı üzrə mütəxəssisdir. BDU-nun Türk filologiyası kafedrasının professorudur. Şərqşünaslıq fakültəsi Elmi Şurasının üzvüdür. 5 monoqrafiyanın, 2 dərs vəsaitinin və 120 elmi məqalənin müəllifidir.










