Keçmiş Prezident 67 yaşında ilk dəfə evləndi – Fotolar
Fransanın keçmiş Prezidenti Fransua Olland aktrisa sevgilisi Jüli Qaye ilə gizli şəkildə nikah bağlayıb.
Xalq.az xəbər verir ki, bu barədə məlumatı “La Montagne” qəzeti yazıb.
Bunun 67 yaşlı Fransua Ollandın ilk rəsmi nikahı olduğu bildirilir. Nikah mərasimi iyunun 4-ü ölkənin Korrez Departamentində baş tutub və cütlük mərasimə qonaq dəvət etməyib.
Qeyd edək ki, F.Olland 1979-cu ildən 2007-ci ilə qədər “Sosialist” partiyasından yoldaşı Seqolen Ruayal ilə vətəndaş nikahında olub. Cütlüyün 4 övladı var. 50 yaşlı aktrisa Jüli Qaye isə 2006-ci ildə həyat yoldaşından boşanıb və iki oğlu var. Olland və Qayenin münasibətdə olduğunu isə 2014-cü ildə “Closer” jurnalı yaymışdı.