Kərrubi Pezeşkiandan Trampla görüşməsini istədi
“Davamlı sülh üçün şərtlər uyğundursa, Trampla görüşün”.
Xalq.online xəbər verir ki, bunu İran parlamentinin keçmiş spikeri Mehdi Kərrubi hazırkı prezident Məsud Pezeşkiana etdiyi müraciətində deyib.
O qeyd edib ki, böhranlardan çıxmaq üçün ilk addım özünə qoyulmuş tabuları aşmaq və milli maraqlara zidd olan və ölkənin inkişafı və tərəqqisinə əsas maneə olan qırmızı xətləri nəzərdən keçirmək cəsarətidir.










