Artıq 7 ildir Sənə sənsiz doğum günün mübarək, deyirəm. Səni sənsiz təbrik edirəm. Hər an yanımdasan. Mənimləsən. Son nəfəsimə qədər də belə olacaq… Bilirəm… Ah, sən mənim bitməyən düşümcəm… Qu quşum! Mehrabım!

Bir beşik itirmişəm anamın qollarında,

Bir işıq itirmişəm anamın yollarında!

Bunu Milli Məclisin deputatı Jalə Əliyeva anası böyük şairəmiz Nurəngiz Günün doğum günü ilə bağlı yazıb.

Qeyd edək ki, Nurəngiz Quliyeva (Gün) 1938-ci ildə Bakıda anadan olub. 1981-ci ildə “Ulduz” jurnalında dərc edilən “Tanrı” povesti ilə tanınıb. Nurəngiz Gün bir müddət Azərbaycan televiziyasında diktor kimi fəaliyyət göstərib. “Var olun qızlar” bədii filmində çəkilib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığı və nitq mədəniyyəti kafedrasında müəllim işləmişdir. Prezident təqaüdçüsü olmuşdur.


media-728x90banner

Bənzər xəbərlər