Milli Məclisin deputatı Könül Nurullayeva növbəti seçici qəbulunu keçirib.

Həftə ərzində Nizami rayon sakinləri, eləcə də Azərbaycanın digər bölgələrində yaşayan vətəndaşlar tərəfindən qərargahımıza daxil olan müraciətlər əsasında növbəti vətəndaş qəbulunu keçirdik.

Bunu XALQ.AZ-a deputat gərargahından məlumat veriblər.

Görüşdə vətəndaşları fərdi formada dinləyib, bir sıra mövzular üzrə onları narahat edən problemləri qeydiyyata götürdük. Nəzərinizə çatdırım ki, #qəbul zamanı qəbul iştirakçıları tərəfindən səsləndirilən əsas problemlər sırasında aztəminatlı ailələrin qarşılaşdığı məişət problemləri, vətəndaşların məşğulluq probleminin aradan qaldırılması, əlillik pensiyalarının kəsilmə səbəblərinin araşdırılması və s. bu kimi mühüm məsələlər yer almışdır. Qeydiyyata götürülmüş müraciətlər ən yaxın zamanda tərəfimizdən aidiyyəti üzrə müvafıq qurumlara ünvanlanacaq, məsələlərin həlli istiqamətində lazımi addımlar atılacaqdır.Növbəti vətəndaş qəbulunda iştirak etmək üçün aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz.


media-728x90banner

Bənzər xəbərlər