Məhkumlar Prezidentə müraciət etdi
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsində saxlanılan 46 məhkum cəzaçəkmə müəssisəsinin rəhbərliyi vasitəsilə Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Musavat.com-a verilən məlumata görə, onlar öz müraciətlərində dövlətimizin yürütdüyü siyasəti, sosial-iqtisadi inkişafı, ordu quruculuğunun təkmilləşdirilməsi istiqamətində aparılan və bəhrəsini verən islahatları dəstəklədiklərini, Avropa Şurası Parlament Assambleyasının Strasburqda keçirilən yay sessiyasında ölkə başçısının qətiyyətli çıxışını rəğbətlə qarşıladıqlarını vurğulayıblar. Məhkumlar, o cümlədən aralarında döyüş potensialına malik xeyli gəncin olduğunu və torpaqlarımızın azadlığı uğrunda hər an döyüşə yollanmağa hazır olduqlarını bildiriblər.
Müraciətdə həmçinin qeyd olunur: “Hörmətli cənab Prezident! Əgər Siz Azərbaycanın Dağlıq Qarabağ ərazisində erməni separatçılarının son günlərdə törətdikləri azğınlıqlara qarşı hərb əmri versəniz, bizim də ön cəbhələrdə döyüşməyə hazır olmağımızı nəzərə almağınızı dönə-dönə Sizdən xahiş edirik. Biz daim Sizi dəstəkləyir və uğurlar arzulayırıq!”
Ərizə ilə müraciət edənlərin siyahısı:
- Fətiyev Nazim Kamandar oğlu
- Əhmədov Qardaş İnqilab oğlu
- Məmmədov Rafiq Arif oğlu
- Süleymanov Elxan Pirverdi oğlu
- Hüseynov Ələkbər Məmmədhüseyn oğlu
- Hüseynov Zakir Əhməd oğlu
- Əliyev Əziz Vətən oğlu
- Vəlişov Fəqani Qədir oğlu
- Musayev Mirzə Qurban oğlu
- Musayev Musa Qurban oğlu
- İmanov Əjdər Əlimusa oğlu
- Məmmədov Vüsal Əlövsət oğlu
- Tağıyev Rövşən Məhəmməd oğlu
- Hüseynov Zabul Habil oğlu
- Xurşudov Əliqardaş Kazım oğlu
- Əhmədov Mehdi Adiş oğlu
- Yarıyev Tələt Qədir oğlu
- Nəzərov Bəxtiyar Ağasəf oğlu
- Məmmədov İlkin Nadir oğlu
- Həsənov Rafiq Baxtı oğlu
- Əliyev Rövşən Süleyman oğlu
- Abdullayev Kərəm Müştəba oğlu
- Azayev Vaqif Emin oğlu
- Vəlixanov Nəriman Kamil oğlu
- Şahbazov Zamiq Hüseyn oğlu
- Şahniyarov İsa Tofiq oğlu
- Feyziyev Aydın Xanhəsən oğlu
- Kərimov Elçin Hamlet oğlu
- Davudov Əliniyaz Kərim oğlu
- Əzimov İlkin Telman oğlu
- Məmmədov Şahlar Sabir oğlu
- Bədəlov Şövqi Rahim oğlu
- Cəfərov Aydın İsaməddin oğlu
- İlyasov Həzrətəli Aslan oğlu
- Mehdiyev Ağa Sabir oğlu
- Cəfərov Etibar Cəfər oğlu
- Cəfərov Nəsimi Yaqub oğlu
- Yaqubov Kamal Yaqub oğlu
- Şahmarov Saley Valey oğlu
- Əliyev Elbrus Əmirxan oğlu
- Məmmədov Əliniyaz Əlihəsən oğlu
- Abdullayev Yusif Xəlil oğlu
- Həsənov Ələskər Zahid oğlu
- Həsənov Bəylər Zahid oğlu
- Xubaliyev Sərrab Şəkərəli oğlu
- Əlizadə Samir Rəhim oğlu












