Merkel mahnı oxudu, gözlənilməz hədiyyə aldı-Video
Almaniya kansleri Angela Merkel Gürcüstan səfərində gözlənilməz hədiyyə alıb. Bu barədə kanslerin rəsmi instagram səhifəsində məlumat verilib.
XALQ.AZ xəbər verir ki, Baş nazir Mamuko Baxtadze Merkelə 1945-ci ildə müharibə zamanı Drezden muzeyindən yoxa çıxan, 18-ci əsrə aid rəsm əsəri təqdim edib. Həmin əsər sonradan SSRİ, daha sonra isə Gürcüstanda peyda olmuşdu.
Gürcüstan səfərində kansleri, həmçinin “Şvidkaça” ansamblı da heyran edib. Gürcü şərabından dadan Merkel ansamblla birgə alman xalq mahnısını ifa edib. (Qafqazinfo)
Orxan