Masallı rayonunun Qarğalıq kəndində Şəhid Rafail Hüseynovun ailəsini ziyarət etdik.  Rafail Hüseynov Şuşa döyüşləri zamanı şəhid olub.
20 yaşlı Şəhid qısa, lakin şərəfli ömür yaşayıb, Şuşaya kimi qəhrəmanlıqla vuruşan, burada düşmən müdafiəsini qıraraq alınmaz qalamızı fəth edən igidlərimizdən biri olub. Aşılmaz sıldırım qayaları qalxıb düşmən üstünə şığıyan xüsusi təyinatlı kimi döyüş meydanında böyük qəhrəmanlıq göstərib.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Rafail Hüseynov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”
medalları ilə və  III dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.
Hüseynovlar ailəsi ilə söhbət zamanı qeyd edildi ki, ailənin  iki övladı haqq savaşımızda mübarizəyə qoşularaq Qarabağımızı düşmən tapdağından azad etmək üçün döyüşüb.  Rafail şəhid kimi, Elmir isə qazi olaraq doğma kəndə qayıdıb.

Məşhur Məmmədov 

Milli Məclisin deputatı

****
Masallı rayonunun Qarğalıq kəndində Şəhid Elvin Əfrail oğlu Əzizovun ailəsini ziyarət etdik.
Azərbaycan Ordusunun giziri Elvin Əzizov Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda Füzuli rayonu ərazisində gedən qızğın döyüşlərdə düşmənə qarşı böyük mərdliklə döyüşərək şəhidlik zirvəsinə ucalıb. Ailəli idi. Üç övladı-iki qızı və bir oğlu Vətənə əmanət qalıb.
Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Silahlı Qüvvələrinin giziri Elvin Əfrail oğlu Əzizov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.
Ailənin xatirələrini və arzularını dinlədik. Ümid edirəm ki, Şəhid Elvin Əzizovun övladları cəmiyyətə layiq övladlar olacaq, hər zaman qəhrəman ataları ilə fəxr edəcək.

media-728x90banner

Bənzər xəbərlər