Məşhur müğənninin bu hərəkəti gündəm oldu – VİDEO
Daha əvvəl vətəndaşların ərzaq borclarını ödəməklə diqqət çəkən məşhur türkiyəli müğənni Çelik indi də başqa bir hərəkəti ilə gündəm olub.
Çelik Samsun şəhərində zibil qablarından kağız toplayaraq çörəkpulu qazanan Serpil adlı qadına dəstək olub.
Belə ki, o, küçələrdəki zibil qablarından kağız yığıb.
Məşhur müğənninin ağır şəraitdə çalışan təkrar emal işçilərinin üzləşdiyi çətinliklərə diqqət çəkdiyi bildirilir.










