featured-image-7800

 

55

 

Bolu Bələdiyyəsinin təşkilatçılığı ilə adı çəkilən şəhərdə “1.Koroğlu” festivalı baş tutub. Bələdiyyə başçısı Ələddin Yılmaz bu işdə Türk Dünyasının 5 ölkəsi ilə ortaq hərəkət edib. Koroğlunu Bolunun simvolu halına gətirməyi hədəfləyən festivalda ortaq qəhrəmanımız olan Koroğlu birliyin, ortaq dəyərlərin nümunəsi kimi təqdim olunub. Qənirə Paşayeva, millət vəkili Aqil Abbas, müxtəlif türk topluluqlarından gəlmiş şəxslər də festivalda iştirak ediblər. Koroğlunun adını daşıyan festivalın təşkil olunmasında məqsəd türk dünyasının qəhrəmanı Koroğlunun dünyaya tanıdılmasıdır.
Festivala Türkiyənin Mehtər musiqi qrupunun çıxışı ilə start verilib. Abdullah Gülün festival barədə məktubu oxunduqdan sonra Bolu Bələdiyyə başçısı Ələddin Yılmaz Koroğlu kimliyi haqqında məlumat verib. O, Koroğlunun dünyada məhşur olan Robin Quddan fərqlənmədiyini hətta onun qılıncla yanaşı digər əlində humanistliyin simvolu olaraq saz tutduğunu dilə gətirib.
Almaniyadan olan millәt vәkillәri Arif Ünal vә Raymond Roys, Bolu valisi Mustafa Kamal Kәskin, Bolu millәt vәkili Fәhmin Küpçü vә başqaları “1. Koroğlu” festivalında çıxış ediblәr. Onlar ortaq dəyərimiz olan Koroğlunun Bolu ilə bütünləşdiyini bu işin davamında daha böyük uğurların olacağını deyiblər.
Festivalda çıxış edən millət vəkili Qənirə Paşayeva bu gözəl bayramın Cümhuriyyətin qurulması ilə eyni ərəfəyə təsadüf etməsinin sevindirici hal olduğunu söyləyib.”Bir bayram digər bayram ilə üst-üstə düşür. Azərbaycanın milli lideri Heydər Əliyev müstəqil olduğumuz ilk illərdə Azərbaycan və Türkiyəni bir millət iki dövlət adlandıraraq gəncliyin hansı amalla irəliləməyi göstərdi. Azərbaycan Prezidenti İlham Əliyev diasporla görüşəndə bir millətin iki diasporu olmur demişdi. Xaricdə yaşayan soydaşlarımız da bu düşünə ilə hərəkət etməlidir. Ona görə də hər kəsə qarşıdan gələn Cümhuriyyət bayramımız mübarək olsun deyirəm. Türkiyəmizə dünya var olduqca bu bayramı qeyd etməyi arzu edirəm. Çünki onun varlığı güclənməsi bizim güclənməmizdir. Biz müstəqilliyimizi qazandığımız ilk illərdə Türkiyənin varlığının dəstəyinin nə olduğunu görmüşük”.
Türklüyün ən böyük dəyərinin birlik olduğunu deyən millət vəkili birliyimizin artmasının insanlığa huzur gətirəcəyini bildirib.Türk köklərinin birliyi məsələsinə toxunan Qənirə Paşayeva Koroğlunu bütün türk dünyasını birləşdirən böyük dəyər adlandırıb. “Azərbaycanın və eləcə də türk dünyasının hər yerində Koroğlunun izinə rast gəlinir. Azərbaycanda Üzeyir Hacıbəyovun yaratdığı “Koroğlu” operası, Koroğluya çəkilən filmini, Koroğlu üzərinə yazılan kitabları Türkiyədə Koroğlu abidəsini görəcəksiniz . Koroğlu əgər türk dünyasının hər yerində varsa bu bizim birliyimizin göstəricisidir. Festivalın bu cür təşkil olunmasına görə mənsub olduğum millət adına təşəkkürümü bildirirəm”.
“Mən türk dünyasında həmişə barışın olmasını göz yaşının olmamamasını arzu edirəm. Çünki 20 % torpağı hələ də Ermənistanın işğal altında olan Azərbaycan ağrılı günlərin nə olduğunu Dağlıq Qarabağda da daxil olmaqla bütün işğal olunmuş torpaqlarında yaşayıb. Və inanırıq ki, Koroğlular bu gün də var, sabah da olacaq. Dağlıq Qarabağda yurd-yuvasından didərgin düşən 1 milyon qaçqın və məcburi köçkünümüzün, insanımızın yurd-yuvasına qayıtması üçün o Koroğlular əl-ələ verəcək və torpaqlarımızı birlik və bərabərlik içərisində işğaldan azad edəcəyik. Və biz bu cür festivalları Dağlıq Qarabağda da keçirəcəyik”.
Açılış mərasiminin sonunda çıxış edən Baş nazirin müavini Bekir Bozdağ Koroğlunu ədalətin səsi adlandırıb. “Koroğlu dünyanın bir çox qəhrəmanları kimi məzlumun yanındadır. Fərqi isə bizə məxsus olmasındadır”, Koroğlunun yardımsevərliyinin xalqın yardımsevərliyi xalqın dəyərləri kimi qiymətləndirən nazir müavini bu ənənənin davamı olaraq Türkiyənin də Dağlıq Qarabağ məsələsində Azərbaycana hər zaman olduğu kimi dəstək olacağını bildirib.
“Koroğlu” abidəsi qarşısındakı məşəli alovlandırmasının ardından dövlət rəsmiləri və festival iştirakçıları orkestrın müşaiyəti ilə Atatürk abidəsinə doğru yürüş ediblər. Azərbaycan, Qazaxıstan, Qırğızıstan kimi türk dünyasının müxtәlif ölkә vә topluluqlarından Boluya dәvәt olunmuş milli folklor qruplarının rәngarәng rәqslәri, mahnıları ilә festival davam edib. Bolu mərkəzi meydanında milli sәrgilәr nümayiş olunmaqla yanaşı Koroğlu filmlәrindәn parçalar göstәrilib, türk dövlətlərinin rəqsləri nümayiş etdirilib. Festivala “Koroğlu” filminin Rövşəni Cüneyt Arkın, Nigarı Fatma Girik də qatılıb. Onlar mərkəzi meydanda xalqı salamlayaraq Nəcib Fazil Mədəniyyət Mərkəzindəki film nümayişinə qatılıblar.

 

56 57 58


media-728x90banner

Bənzər xəbərlər