featured-image-20597

7

Britaniya siyasətçilərindən biri, Mühafizəkarlar Partiyasının üzvü, millət vəkili Mark Menzislə bağlı böyük qalmaqal yaşanıb.

Xalq.az-ın verdiyi məlumata görə, 42 yaşlı siyasətçinin 19 yaşlı braziliyalı homoseksual Roceriu Pintunla dəfələrlə cinsi əlaqədə olduğu aşkarlanıb.

Bundan başqa, millət vəkili həmin oğlanla birlikdə narkotik maddələr qəbul edirmiş. Bu barədə mətbuata Roceriu Pintun bildirib.

“Hər dəfə də 2 saatlıq görüş üçün mənə 250 funt sterlinq verirdi. Üstəlik, Mark narkotik maddələrdən asılı idi. Mənə dəfələrlə “metedron” aldırmışdı. Onunla çox görüşmüşük. Mark məndən xahiş etmişdi ki, bu görüşlər barədə kimsəyə bir kəlmə deməyim”, – deyə Pintu bildirib.

Bundan başqa, Roceriu Pintun onu da əlavə edib ki, millət vəkili onunla evlənəcəyi barədə vəd də verib. O, deputat sevgilisini yalançılıqda ittiham edib.

Məsələ ilə bağlı Mark Menzisin vəkili deyilənlərin yalan olduğunu bildirib. O, açıqlamasında müvəkkilinə şər atıldığını və bunu edənlərin cəzalandırılacaqlarını əlavə edib.ANS PRESS


media-728x90banner

Bənzər xəbərlər