Millət vəkili oğluna Yəhudi qızı aldı
Azərbaycan əsilli yəhudi iş adamı Telman İsmayılovla qohum olan millət vəkili danışıb.
xalq.az xəbər verir ki, deputat Hacı Salayev azərbaycanlı əsilli yahudi milyarder Telman İsmayılovla qohum olduğunu təsdiqləyib.
Hacı Salayev oğlu Kənanla T.İsmayılovun qardaşı qızı Arzu Mərdanovanın ötən şənbə günü ailə həyatı qurduqlarını deyib: “Kənanla Arzu universitetdə bir yerdə oxuyublar. Tanışlıqları da o vaxta təsadüf edir. Fevralın 15-də övladlarımızın toyu oldu. Allah hər kəsin ailəsinə xoşbəxtlik qismət etsin”











