Millət vəkili vali ilə görüşdü
Qənirə Paşayeva: “Karabükdə olmaq çox gözəl duyğudur. Türkiyənin güclü olması bütün türk dünyasının gücüdür. Ümummilli lider Heydər Əliyevin dediyi kimi Azərbaycan və Türkiyə bir millət iki dövlətdir. Türkiyə nə qədər güclənərsə bu Azərbaycanın və bütün türk dünyasının gücü, Azərbaycan nə qədər güclənərsə bu Türkiyənin və bütün türk dünyasının gücüdür”. Karabük valisi İzəddin Kiçiklə görüş zamanı səsləndirib. Millət vəkili Qənirə Paşayeva Karabük Valisi ilə İzəddin Kiçikə Azərbaycanın qanayan yarası Dağlıq Qarabağ həqiqətlərindən danışıb. “Azərbaycan torpaqlarının 20%-i Ermənistan tərəfindən işğal olunub. Ermənistanın Azərbaycanı işğalı zamanı 1 milyondan çox soydaşımız yurd-yuvasından didərgin düşüb. Və onlar hələ də öz torpaqlarının həsrəti ilə yaşayır. Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib o gözəl torpaqları Ermənistanın işğalından azad edəcək və bu cür görüşləri o gözəl torpaqlarda da keçirəcəyik ”. Daha sonra millət vəkili Karabük valisinə həmmüəllifi olduğu, Dağlıq Qarabağın keçmiş Millət vəkili Hava Məmmədova ilə birgə Türkiyə türkcəsində hazıladıqları “Xocalı Soyqrımı tanıqların dilindən” kitabını hədiyyə edib. Valiyə kitab barədə məlumat verən millət vəkili bildirib ki, kitabda Xocalıda soyqrıma məruz qalan insanların yaşadıqları ağrı-acılar onların öz dillərindən təqdim olunub.
Karabük valisi İzəddin Kiçik Azərbaycanı həmişə qardaş olaraq gördüklərini bildirib. “Azərbaycan bizim bir parçamızdır. Biz ətlə dırnaq kimi bir-birimizə bağlıyıq”.Qənirə Paşayeva Karabükün Azərbaycan bölgələrindən biri ilə qardaşlaşmış şəhər olmasını ölkələrimizin bölgələri arasında da əlaqələrin daha da möhkəmlənməsinə imkan yaradacağını və bu istiqamətdə özünün də səylərini əsirgəməyəcəyini bildirib .
Millət vəkili Qənirə Paşayevanın kitabında Karabükə geniş yer verilməsindən və Karabükə məxsus tarixi abidəsinin kitabın üz qabığında olmasından məmnun olduğunu deyən vali “Sən demə xəbərimiz olmadan Azərbaycanda reklamımız edilirmiş”deyib.Millət vəkili görüşün sonunda vali İzəddin Kiçikə həmin kitabla yanaşı müəllifi olduğu Azərbaycan tarixi mədəniyyəti və Dağlıq Qarabağ həqiqətləri ilə bağlı digər kitabları, Qarabağ xalçasının kiçik modelini və Azərbaycan bayrağını hədiyyə edib.
Tədbirdən sonra millət vəkili, Karabük Valiliyi və Karabük Bələdiyyəsi, Aşıq Şəmşir Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Azərbaycan-Türkiyə Qardaşlıq Gecəsi”ndə iştirak və çıxış ediblər. Azərbaycanın Əməkdar Artisti, bəstəkar-müğənni Elza Seyidcahan və opera və səs sənətçisi İlham Əsgəroğlunun ifa etdikləri vətənpərvər ruhlu mahnılarla karabüklülər üçün gözəl musiqi gecəsi bəxş ediblər.











