YAP Yasamal rayon təşkilatında Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü münasibətilə “Gənclər bizim gələcəyimizdir” mövzusunda Millət Vəkilləri Elnur Allahverdiyev, Ramin Məmmədov, Naqif Həmzəyev və YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov ilə gənclərin görüşü keçirilib.

İlk öncə ümumilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Giriş sözü ilə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev gənclərə qonaqları təqdim edərək iştirakçıları salamlayıb. Bəxtiyar Nəbiyev Zəfər bayramını bizə yaşatdığı üçün Müzəffər Ali Baş Komandana və Şanlı Azərbaycan Ordusuna təşəkkürünü bildirib, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib. Bəxtiyar Nəbiyev yeni nəslin inkişafının əsas vasitəsi olaraq gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsi olduğunu qeyd edib. Millət Vəkili Elnur Allahverdiyev öz çıxışında qalib xalqın, qalib nümayəndələri kimi iştirakçıları dinləmək istədiyini və bugünki tədbirin sual-cavab şəklində keçirələcəyini bildirib. O gənclərə tövsiyə verərək gənclərin seçdikləri gələcək istiqamət yollarında daha inamlı və həvəslə addımlamalarınının vacibliyini vurğulayıb. Ümumilli lider Heydər Əliyevin qurucusu olduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən gənclər siyasətinin bu gün uğurla aparıldığını bildirib. Çıxış edən Millət Vəkili Ramin Məmmədov gəncləri salamlayaraq, gənclərin Azərbaycanı tərəqqiyə aparan gələcək uğurlu yolun davamçıları olduğunu bildirib. Ramin Məmmədov Yeni Azərbaycan Partiyasının Azərbaycan Respublikasının bütün gəncləri üçün mehriban ailə olduğunu və bu ailənin gənclərə verdiyi böyük töhfələrdən danışaraq, gənclərdən daha da aktivlik nümayiş etdirmələrini xahiş edib. Sonra çıxış edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov rəyasət heyətini və gəncləri salamlayaraq, bugünki zamanda Azərbaycan gəncliyinə göstərilən diqqət və qayğının böyüklüyündən danışıb. Azərbaycan gəncliyinin vətənpərvər və savadlı olduğunu bildirən Bəxtiyar İslamov 44 gün ərzində gənclərin necə vətənpərvər ruhda yetişdiyinin şahidi olduqlarını qeyd edib. Şanlı qələbəmizin bizə gətirdiyi yeni reallıqlardan danışaraq ,ölkəmizin müstəqilliyinin qorunub saxlanılması və bu sabitliyin gələcək nəsillərə ötürülməsinin vacibliyindən bəhs edib. Bəxtiyar İslamov çıxışının sonunda gənclərə öz fəaliyyətlərində uğurlar arzulayıb. Millət Vəkili Naqif Həmzeyev də öz növbəsində gəncləri salamlayaraq bugünki yolumuzun Ulu Öndərin əsasının qoyduğu və Prezident İlham Əliyev tərəfindən aparılan siyasi xətt olduğunu bildirib, bu yolda davam edən gənclərin ölkəmizi işıqlı gələcəyə apardıqlarını söyləyib. O öz çıxışında gənclərə tövsiyələr verərək , görüşü təşkil edən Bəxtiyar Nəbiyevə öz təşəkkürünü bildirib. Müzakirə formatında davam edən görüşdə gənclərin təklifləri dinlənilib. Yasamal rayonu gəncləri onları düşündürən məsələlərlə bağlı suallar ünvanlayıb, bəzi təkliflərlə çıxış ediblər.Görüşün sonunda gənclərlə xatirə şəkli çəkilib.


media-728x90banner

Bənzər xəbərlər