parlament-Milli-Meclis

Milli Məclisin deputatları Ülviyyə Ağayeva, Dilarə Cəbrayılova və Pərvin Kazımzadə   yanvarın 31-də Koreyanın paytaxtı Seula  səfər edəcəklər.

XALQ.AZ Milli Məclisin mətbuat xidmətinə istinadən məlumat verir ki,millət vəkilləri Dünya Sülh Federasiyasının “Sülh, təhlükəsizlik və insan inkişafı” mövzusunda  IV Dünya Sammitində iştirak edəcəklər.
Tədbirdə müxtəlif ölkələrin parlamentariləri, ictimai-siyasi xadimlər, din nümayəndələri iştirak edəcəklər. Toplantıda müasir dünyada gedən mürəkkəb proseslər fonunda sülhün və sabitliyin təmin edilməsi ilə bağlı fikir mübadiləsi aparılacaq.
Deputatlarımız mövzu ilə bağlı fikirlərini açıqlayacaq, təkliflərini verəcəklər.
Səfər fevralın 6-da başa çatacaq.

 


media-728x90banner

Bənzər xəbərlər