Milli Məclisin dəvətliləri prezident seçkiləri haqda müsbət rəy verib
Milli Məclis prezident seçkiləri ilə bağlı ölkəyə dəvət etdiyi müxtəlif müşahidəçilər və beynəlxalq təşkilat nümayəndələrinin açıqladığı hesabata münasibət bildirib.
Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu Modern.az-a açıqlamasında bildirib ki, həmin dəvətlilər prezident seçkiləri ilə bağlı müsbət veriblər. Bu rəylərdə 9 oktyabr seçkilərinin tam demokratik, şəffaf və qanunvericiliyin tələblərinə uyğun keçirildiyi bildirilib.
“Müşahidəçilər ayrı-ayrılıqda bölgələrdə olub, seçki prosesini izləyiblər. Onlar əksər bölgələrdə yerli müşahidəçilərlə söhbətləşib, “exit-poll”arı, səsvermə prosesini müşahidə ediblər. Bildiriblər ki, ölkədə seçkilər demokratik, şəffaf və qanunvericiliyin tələblərinə uyğun keçirilib”, – deyə Milli Məclisin mətbuat katibi vurğulayıb.











