media-tunel
Hərəkətin intensiv olduğu tuneldə təhlükəli vəziyyət yaranıb.
XALQ.AZ Xezerxeber.az-a istinadən xəbər verir ki, Bakı-Sumqayıt yolu ilə paytaxtın Moskva prospektini birləşdirən tuneldə illərdir yuxarıdan axan suyun təsiri nəticəsində sütun aşınıb, tavanın bəzi yerləri qopub.
Sürücülər deyirlər ki, yaranmış təhlükə tezliklə aradan qaldırılmalıdır.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, hazırda ərazidə hər hansı bir təhlükəli vəziyyət yoxdur. Belə ki, tuneldə üzlük daşlarının bir hissəsi qopub, yerinə bərpa olacaq.

 


media-728x90banner

Bənzər xəbərlər