Moskvada Ukrayna bayrağı qaldırıldı
Rusiyanın paytaxtı Moskvada ötən gecə naməlum şəxslər Kotelniçeskaya sahilində Stalin göydələnləri adlanan göydələnlərin birinin başına Ukrayna bayrağı asıblar.
ANS PRESS-in məlumatına görə, binanın başındakı sarı rəngli ulduzun bir hissəsi də göy rəngə boyanaraq, Ukrayna bayrağını xatırladıb. Bayraq artıq göydələnin zirvəsindən endirilib.
Faktla bağlı Taqanskiy rayon polisi tərəfindən 4 şübhəli şəxs də saxlanılıb.
Alpinist təchizatı ilə birlikdə saxlanan həmin gənclərin insidentlə əlaqəli olduğu ehtimal edilir.