“Müşavir” və “Məsləhətçi” hansı məqsədlərə xidmət edir?
Son illər dövlət qurumlarında “müşavir” və “məsləhətçi” postlarının sürətlə artması artıq ciddi suallar doğurur.
Halbuki hər bir qurumun idarəetmə sistemi onsuz da formalaşıb: müavinlər, departamentlər, idarə və şöbələr mövcuddur. Bu qədər rəsmi mexanizm olduğu halda əlavə olaraq çoxsaylı müşavirlərin təyin edilməsi zərurətdən çox, başqa
Praktikada tez-tez rast gəlinir ki, dövlət qulluğuna müsabiqə və müsahibə mərhələlərindən keçə bilməyən və ya müxtəlif obyektiv səbəblərlə təsdiqlənməyən şəxslər “müşavir” adı ilə sistemə daxil edilir.
Daha narahatedici məqam isə odur ki, bəzən rəsmi səlahiyyət sahibi olan müavinlər, illərlə imtahan verib sistemə daxil olan peşəkar dövlət qulluqçuları faktiki olaraq kənarda qalır, qərarların verilməsində əsas rol isə rəhbərin şəxsi etimadına əsaslanan müşavir və məsləhətçilərə keçir. Yəni hüquqi məsuliyyət bir tərəfdə qalır, real təsir və idarəetmə isə başqa şəxslərin əlində cəmlənir.
Məsələnin bir də maliyyə tərəfi var. Hər əlavə müşavir büdcədən maaş, sosial ödənişlər, iş şəraiti və resurslar deməkdir. Bir qurumda bir neçə belə vəzifə olduqda bu aylıq minlərlə, illik isə yüz minlərlə manat əlavə xərc yaradır. Halbuki həmin vəsait daha real nəticə verən sahələrə yönəldilə bilərdi.











