Narkotiklə dolu gəmi saxlanıldı
Birma hakimiyyəti Hərbi-Dəniz Qüvvələrinin ölkənin cənub sərhədində narkotiklə dolu gəmini saxladığını bildirib.
XALQ.AZ-ın məlumatına görə, hüquq-mühafizə orqanları iki milyondan çox ekstazi həbinin tapıldığını qeyd edib.
Yüksək vəzifəli polis əməkdaşının sözlərinə görə, bu, Birmada yaxalanmış ən böyük narkotik partiyasıdır. Bundan başqa, gəmidə 70 ton “qeyri-leqal ağac” aşkar edilib.
BMT-ın məlumatına görə, Birma regionda sintetik narkotiklərin əsas mənbələrindən biri sayılır. Burada daha çox metamfetamin hazırlanır.
Burdan narkotiklərin böyük həcmi Yaponiyaya, Avstraliyaya və Yeni Zelandiyaya, həmçinin cənubi Asiya ölkələrinə yola düşür.











