Nazir fövqalədə toplantı keçirdi
Toplantıda nazir bir neçə hərbi hissə komandirinin fəaliyyətini ciddi tənqid edib və onları cəzalandırıb.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində fövqəladə toplantı keçirib. Zakir Həsənov bütün birlik, birləşmə, briqada komandirlərini və qərargah rəislərini Bərdə korpusuna toplayıb. Nazirin iştirakı ilə Bərdə korpusunda müşavirə keçirilib. Müşavirədə cəbhə xəttinə baş verən ölüm hadisələri, erməni diversiya qrupunun tez-tez Azərbaycana soxulması ilə bağlı məsələlər təhlil edilir və müzakirələr aparılır. Müşavirədə Z.Həsənov bir neçə hərbi hissə komandirinin fəaliyyətini ciddi tənqid edib və onları cəzalandırıb. Məlumatlara görə, Z.Həsənovun cəbhə bölgələrinə səfəri davam edir.











