featured-image-45952

Azad

“Avropa Oyunlarına hazırlıqla bağlı heç bir sahədə gecikmə yoxdur”.

XALQ.AZ-ın məlumatına görə, bu sözləri gənclər və idman naziri, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov bu gün AZAL-ın Rəsmi Tərəfdaş elan edildiyi tədbirdə çıxışında deyib.

O bildirib ki, işlər vaxtlı-vaxtında tam qaydasında aparılır. Nazir qeyd edib ki, bu gün AZAL-la müqavilə bağlayacağıq və bu bizim üçün çox müsbət haldır:

“Növbəti tərəfdaş sazişi imzalayırıq. Bizim üçün çox önəmli bir partnyorla bu müqaviləni imzalayırıq. Həqiqətən AZAL Azərbaycanın brendi kimi tanınır. Biz düşünrük ki, təyyarələrin göyərtəsində və hava limanında Bakı 2015-in reklamları əks olunacaq”.

Qeyd edək ki, daha sonra Bakı 2015 Avropa Oyunları ilə AZAL arasında müqavilə imzalanıb.

 


media-728x90banner

Bənzər xəbərlər