Fövqəladə hallar naziri Kəmaləddin Heydərov və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Aktauda qəzaya uğrayan təyyarədən sağ qalan azərbaycanlılara baş çəkib.

XALQ.AZ xəbər verir ki, vətəndaşlarla görüşən nazirlər onların səhhəti ilə maraqlanıb.

Onlar nazirlərə baş verənlər haqda danışıb, hadisənin videolarını izləyiblər.

 

Xəstəxana ziyarətində diqqətçəkən məqamlardan biri də hadisə şahidlərinin lentə alınan videolarla bağlı dövlət rəsmilərinə məlumat vermələridir.

Təyyarənin sol qanad hissəsində xəsarət olması ilə bağlı video Kəmaləddin Heydərova da təqdim edilib. Nazir hadisə şahidlərindən bu barədə məlumat alıb.

Həmin anın görüntülərini təqdim edirik:


media-728x90banner

Bənzər xəbərlər