Nazirliyin zavodunda partlayış -Ölən və yaralanlar var
Müdafiə Sənayesi Nazirliyinin “Şirvan Araz zavodu” MMC-də partlayış olub.
Hadisə zamanı bir nəfər ölüb, bir nəfər xəsarət alıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda 1 nəfərin ölümü, 1 nəfərin isə xəsarət alması ilə nəticələnən sursat partlayışı üzrə Şirvan şəhər prokurorluğunda araşdırma aparılır. Hazırda hadisə yeri şəhər prokurorluğunun əməkdaşları və prokuror-kriminalist tərəfindən müayinə olunur.
Ölən şəxsin zavodda işləyən 1966-cı il təvəllüdlü Mehman Əhmədov, xəsarət alanın isə 1970-ci il təvəllüdlü Səbinə Şəkərova olması müəyyənləşib.