Netanyahu: “Bütün girovlar azad edilsə, müharibə bitəcək”
İsrailin Baş naziri Benyamin Netanyahu eyham edib ki, Qəzzada atəşkəs səyləri mərhələli deyil, qalan bütün girovların bir anda azad edilməsinə yönəlib.
XALQ.az xəbər verir ki, o, bu barədə “i24” telekenalına müsahibəsi zamanı deyib.
Onun sözlərinə görə, Misir və Qətər vasitəçiləri davamlı atəşkəs və İsrail qüvvələrinin geri çəkilməsi müqabilində bütün girovların azad olunmasını nəzərdə tutan yeni çərçivə hazırlayır.
Netanyahu bildirib ki, İsrail yalnız bütün girovlar azad edildikdən sonra müharibəni bitirəcək:
“Həmas isə silahlarını yerə qoymaqdan imtina edib və yalnız müəyyən şərtlərlə girovları buraxmağa razıdır”.