Niyə məhz Sevinc Fətəliyeva!.. – VİDEO
9 fevralda Milli Məclisə keçiriləcək növbədənkənar parlament seçkilərində deputatlığa namizədlərin seçkiöncəsi təbliğat-təşviqat kampaniyası finişə yaxınlaşmaqdadır. Deputatlığa namizədlər seçicilərlə görüşüb özlərini onlara təqdim edərək öz proqramlarını açıqlamaqdadırlar. Artıq əksər seçki dairələrində seçkidə qalib gəlmək şansı daha çox olan namizədlər də bəllidir və geridə qalan günlərdə əsas mübarizə bu namizədlər arasında gedəcək.
Təəssüflər olsun ki, biz bu dəfə də seçkiöncəsi kampaniya da sağlam rəqabət aparmaq gücünə malik olmayan namizədlərin rəqiblərini gözdən salmaq üçün müxtəlif təxribatçı, obyektivlikdən, ədalətdən uzaq hərəkətlərinə və fəaliyyətlərinə şahidlik etmiş olduq.
Seçkiöncəsi təbliğat-təşviqat kampaniyası 30 sayli Birinci Suraxanı Seşki Dairəsində də uğurla davam edir. Bu seçki dairəsinin birmənalı favoritinin Sevinc Fətəliyevanın olduğunu demək olar. Çünki deputatlığa namizəd Sevinc Fətəliyeva seçkiöncəsi kampaniyasını uğurlu quraraq seçicilərlə daha sıx əlaqə yaradıb, onlarla həm kütləvi, həm də qapı-qapı gəzərək görüşlər keçirib, onların problemlərini dinləyib, və onların həlli yollarını birgə müzakirə edib.
Seçicilərlə görüşlərini davam etməkdədir. S. Fətəliyeva seçkiöncəsi kampaniyanın sonuna qədər dayanmadan təbliğatını davam etdirmək və seçiciləri həm seçki prosesində aktiv iştirak etməyə, həm də öz platformasını onlara çatdırmaq istiqamətində fəaliyyətini davam etdirəcək.
Baxmayaraq ki, Sevinc xanım artıq 10 ildir bu dairədən deputat olub və bu ərazidə böyük işlər görüb, daima seçicilərin yanında olub, onların problemlərini dinləyib, üzləşdikləri çətinliklərin aradan qaldırılması istiqamətində əlindən gələni edib. Ancaq yenə də bununla kifayətlənməyərək, həm gördüyü işlərin hesabatını vermək, həm də növbəti mərhələdə hansı işləri görəcəyini açıqlayaraq seçicilərin etimadını qazanmaq üçün fəaliyyətini əzmlə davam etdirməkdədir.
Seçicilərlə görüşlər heç də hər zaman asan olmur. Deputatlığa namizəd müxtəlif düşüncəli, baxışlı, ciddi problemlərlə üzləşən seçicilərlə görüşməli olur. Bu zaman həmin insanların problemlərinin və yaxud üzləşdikləri çətinliklərlə bağlı səsləndirdikləri təkliflərin həlli əksər hallarda millət vəkilinin funksiyasına aid olmayan məsələlər olur. Buna rəğmən S.Fətəliyeva bütün seçicilərin qaldırdıqları problemlərə biganə yanaşmır, diqqətlə dinləyin həlli yolları istiqamətində əlindən gələni edir.
Qeyd edək ki, ötən 10 il müddətində S.Fətəliyeva təmsil etdiyi dairənin problemləri ilə yaxından maraqlanıb və onların həlli istiqamətində aidiyyatı dövlət qurumlarına çoxsaylı müraciətlər ünvanlayıb, həllinə çalışıb. Onların hər çağırışında, üzləşdikləri çətinliklər zamanı yanlarında olub. Bütün bunlar real faktdır və kimsə bunu dana bilməz. Ən azından Sevic xanım seçicilərin şikayətini, problemi dinləyib və bununla bağlı aidiyyatı qurumlara müraciətlər ünvanlayıb. Səlahiyyətləri və imkanları daxilində problemin həllinə çalışıb. Seçicilərin sosial problemlərinin, səhiyyə, təhsil, təhsil haqqı, su, qaz, işıq, yol problemlərinin həllində yardımçı olub. Məhz bunun nəticəsi olaraq ötən müddətdə 30-cu seçki dairəsinə daxil olan Hövsan, Zığ, Dədə Qoqrud və digər yaşayış massivlərinin adı çəkilən sosial problemlərin böyük bir qismi həllini tapıb və tapmaqdadır. Qarşıdakı müddətdə bu istiqamətdə ciddi planlar hazırlanıb və həyata keçiriləcəkdir.
Sevinc xanım təmsil etdiyi dairənin ən mürəkkəb və problemli yaşayış massivi olan Zığ qəsəbəsinin problemləri ilə daima yaxından maraqlanıb. Bu ərazi sürüşmə zonasında yerləşdiyindən burada binalar xəsarət alıb, zədlənib. S. Fətəliyeva dəfələrlə bu ərazidə olub və evləri xəsarət alan ev sahibləri ilə görüşüb, vəziyyətlə yerindəcə tanış olub. Yaranmış problemin həlli istiqamətində müvafiq dövlət qurumlarına müraciətlər edib. Evləri ciddi xəsarət alan insanlaırn daha təhlükəsiz yerlərdə məskunlaşmasına dəstək olub.
O eyni zamanda Hövsan, Zıq qəsəbəsində olan idmançıların beynəlxalq yarışlarda iştirakına dəstək verib. Bunun nəticəsi olaraq Hövsan və digər qəsəbədən olan idmançılar yarışlardan ciddi uğurlarla geri dönüb. Bir deputat olaraq Sevinc xanım onlarla görüşərək, onları daha da ciddi qələbələr əldə etməsinə ruhlandırıb və onlara hərtərəfli dəstək verib. Sevinc xanım eyni zamanda təhsilin keyfiyyətinin yüksəldilməsi, daha bilikli, bacarıqlı gəncləriminin yetiişməsi üçün təmsil etdiyi seççki dairəsində məktəblilərlə görüşərək təbliğat işi aparıb. O işini bununla bitirməyərək şagirdlər arasında müsabiqələr keçirilməsini təşkil edib.
Sevinc xanım Fətəliyeva təkcə seçicilərin problemlərinin həlli istiqamətində deyil, eyni zamanda vətəndaşların sosial rifah halını yaxşılaşdırılması, onların maraqlarına xidmət edən qanunvericilik bazasının yaradılmasında da fəal olub və yaxından iştirak edib.
Sevinc xanım Fətəliyevanın bir millət vəkili, həmçinin Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) üzvü kimi Azərbaycanı beynəlxalq təşkilatlarda, xüsusən də AŞPA-da layiqincə təmsil edib. Beynəlxalq təşkilatlarda Azərbaycan həqiqətlərini dünyaya çatdırılmasında, maraqlarının müdafiə olunmasında, riyakar düşmənimiz ermənilərin beynəlxalq aləmdə barəmizdə yaydıqları yalanların qarşısının alınması və onların ifşa olunması istiqamətində misilsiz xidməti olub.
Hansısa seçici deyə bilər ki, Azərbaycanın maraqlarından mənə nə? Təki mənim şəxsi problemim həllini tapsın. Ancaq hər bir azərbaycanlının ilk vətəndaşlıq borcu təmsil etdiyi ölkənin maraqlarını müdafiə etmək və ona qarşı yönələn “qara əllərə” qarşı mübarizə aparmalıdır. Sevinc xanım da bu məsələdə üzərinə düşən missiyanı layiqincə yerinə yetirib. Ümumiyyətlə Sevic xanım ötən müddət ərzində bir millət vəkili kimi Azərbaycanı beynəlxalq aləmdə layiqincə təmsil edən millət vəkillərindən biri olub. Məhz buna görədir ki, müxtəlif keçirilən sorğularda da Azərbaycanı beynəlxalq təşkilatlarda təmsl edən bir millət vəkili kimi Sevicn xanımın fəaliyyəti xüsusi olaraq dəyərləndirilib.
Bir fəal deputat olaraq, eyni zamanda Milli Məclisin Beynəlxalq əlaqələr və parlamentlərarası komitəsinin sədr müavini olaraq Azərbaycanla digər ölkələr və həmin ölkələrin parlamentləri ilə əlaqələrin, dostluq münasibətinin yaranmasında da xidməti olan deputatlardan olub. Azərbaycanı beynəlxalq aləmdə layiqincə təmsil etməsi, özünü AŞPA-da fəal göstərməsinin nəticəsidir ki, Sevicn Fətəliyeva AŞPA-da alt komitə və komissiyaya rəhbərlik edir. S.Fətəliyeva AŞPA-da uşaqlar və məişət zorakılığı ilə bağlı Azərbaycan üzrə koordinatorudur. S. Fətəliyeva təkcə seçiclərinin yox, o cümlədən Azərbaycanda və dünyada uşaqların və qadınların hüquqlarının müdafiəsi istiqamətində fəal rol oynayan Azərbaycan xanımlarından biridir. O bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirməkdədir.
Sevinc xanım Fətəliyevanın ötən müddətdə gördüyü işlərdən çox danışmaq və yazmaq olar. Qısa fikirlə onu ifadə etmək olar ki, bir deputat kimi Sevinc xanım Fətəliyeva üzərinə düşən missiyanın öhdəsindən layiqincə gələn millət vəkillərindən olub.
Ərazinin bütün problemlərini yaxından bildiyi üçün S. Fətəliyeva yenə də, məhz, bu dairədən namizədliyini irəli sürərək seçicilərin etimadını qazanmaqla həmin problemlərin həllinə nail olmaq istəyir. Ona görə də seçicilərlə daha sıx təmas qurur, onların problemləri, üzləşdikləri çətinliklərlə, həyat şəraiti ilə yaxından tanış olur və qeydə alınır.
Onu da qeyd edək ki, seçicilər Sevinc xanım Fətəliyevanın ötən müddətdə onları layiqincə təmsil etdiyindən yenidən ona etimad gösətərərək millət vəkili seçilməsinə səs verəcəklərini bildirirlər.
Məhz buna görə də Azərbaycan Prezidenti və hakim Yeni Azərbaycan Partiyası onun bu xidmətlərini dəyərləndirərək növbəti mərhələdə xalqı layiqincə təmsil etmək üçün ona etimad göstərib. Ona bu etimadı təkcə Azərbaycan Prezidenti, hakim Yeni Azərbaycan Partiyası yox, həmçinin 30 saylı seçki dairəsində yaşayan seçicilər də göstərib. Bunu onun keçirdiyi görüşlər və görüşlərdə ona olan münasibət inam və etimad bunu deməyə əsas verir.
Sevinc xanım seçiciləri ilə görüşündə bəyan etdiyi kimi növbəti mərhələdə ona etimad göstəriləcəyi təqdirdə təmsil etdiyi seçki dairəsinin problemlərinin həlli istiqamətində var gücü ilə çalışacaq. O, bu problemələri digər namzidələrdən daha yaxşı bildiyi kimi, həlli yollarını da onlardan yaxşı bilir. İndiyədək seçicilərin etimadını doğruldan Sevinc xanım Fətəliyeva bundan sonra da ona göstəriləcək etimadı layiqincə doğruldacaq və buna kimsənin şübhəsi ola bilməz. Onun bilik-bacarığı, ötən müddətdə əldə etdiyi təcrübə adı çəkilən problemlərin həllinə imkan verir və əminlik yaradır. O bundan sonra da seçicilərlə daha sıx təmasda olacaq. Onlara təkcə bir millət vəkili yox, həmçinin yaxın dost, yoldaş olacaq!
Sevinc Fətəliyeva indiyə qədər olduğu kimi bundan sonra da daha güclü Azərbaycan naminə çalışacaq və bütün gücünü, potensialını bu istiqamətə yönəldəcək.
XALQ.AZ










