Nizami Kinoteatrı yandı
Bu gün səhər saatlarında Bakıda Nizami Kinoteatrında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, hadisə gecə saatlarında olub.
Birinci çağırışla hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb olunub.
Yanğınsöndürənləri səyi nəticəsində yanğının qarşısı alınıb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.
Yanğının nə səbəbdən baş verməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.











