media-1

Xəbər verdiyimiz kimi, Xalq artisti Emin Ağalarov rusiyalı aparıcı Svetlana Bondarçukun suallarını cavablandırıb.

Emin Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva ilə necə tanış olub ailə qurmalarından danışıb:

“Mənim övladlarım sevib ailə qurmaq istəsələr, buna mane olmayacağam. Bizim ailənin hər şeyi Moskvada idi. Burada heç nəyimiz yox idi. Ancaq bir bağımız var idi, hələ də qalır. Buna baxmayaraq, valideynlərim Leylanı Prezident ailəsinin üzvü, qızı kimi daha müsbət qarşıladılar.

Biz Leyla xanımla təsadüfən qarşılaşdıq. Dostlarımla xizək sürməyə getmişdim. Birdən dedilər ki, Azərbaycanın Prezidenti də oradadır. Yaxınlaşdım və salamlaşdım. Dedim, olar əlinizi sıxım? Mən Araz Ağalarovun oğluyam. Dedi ki, atanı tanıyıram, salam deyərsən. Leyla xanımla orada təsadüfən tanış olduq.

Bizim başqa məqsədlərlə yaxınlığımız olmadı. Ailələrimiz razı oldu. Yaxşı ailələr, təlim-tərbiyəli şəxslər idilər. Amma bu ona görə olmadı ki, o Prezidentin qızı idi. Biz sadəcə bir-birimizi ürəkdən sevirdik.

Leylanın möhtəşəm valideynləri var. Onlar övladlarının sadəcə xoşbəxtliyini istəyirlər və başqa heç nə lazım deyil. İmkanlı şəxs olsun və ya biznesmen, bu, onlar üçün heç bir məna kəsb etmirdi”.

Qeyd edək ki, Leyla Əliyeva və Emin Ağalarovun bu nikahdan Əli və Mikayıl adlı iki oğul övladı var.


media-728x90banner

Bənzər xəbərlər