Öz evindən oğurluq edən şəxs saxlanıldı
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları öz evindən oğurluq edən şəxsi saxlayıb.
XALQ.AZ-ın məlumatına görə, Türkan qəsəbə sakini Əliyev Vasif Güləli oğlu və onun ailəsi “102 xidməti”nə zəng vuraraq bildirib ki, yaşadığı evdən televizor və 2600 AZN dəyərində qızıl oğurlanıb.
Rayon polis idarəsinin əməkdaşlarının keçirdiyi zəruri əməliyyat tədbirləri nəticəsində məlum olub ki, Vasif Əliyevin evindən oğurluq edilməyib. Polisin tutarlı faktları və onun özünün səmimi etirafları sayəsində müəyyən edilib ki, evdən televizoru və qızıl-zinyət əşyalarını Vasif özü götürüb. Maddi ehtiyacı olduğundan qızılları lombarda qoyub, pul götürən şəxs, televizoru da satdığını deyib.
Vasifin bu əməlinə görə məhkum olunacağı gözlənilmir, çünki qanunla onun ev əşyaları müştərək əmlak sayılır.











