Paşinyan: Ermənistanda Azərbaycana dair qarşıdurma ritorikası işlədilir
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsində Azərbaycanla münasibətlərin normallaşması ilə bağlı qarşıdurma ritorikasından istifadə olunduğunu bildirib.
Xalq.online xəbər verir ki, Paşinyan bunu BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi müzakirələrində çıxışı zamanı deyib. Onun sözlərinə görə, bəzən rəsmi səviyyədə də səslənən belə fikirlər normallaşma prosesinə dair bədbinliyi gücləndirir.
Baş nazir regionda kommunikasiyaların açılmasından danışarkən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən maneəsiz əlaqənin təmin olunmalı olduğunu qeyd edib. O, həmçinin Türkiyədən Ermənistanla dəmir yolu əlaqəsini açmasını gözlədiyini bildirib.
Paşinyan İrəvanla Moskva arasındakı münasibətlərin “dəyişmə mərhələsində” olduğunu da söyləyib: “İndi Azərbaycanla sülh qurduğumuz üçün Ermənistan–Rusiya münasibətləri təbii olaraq dəyişəcək”.










