Ermənistanın baş naziri Nikol Paşinyanın BMT Baş Assambleyasının 76-cı sessiyasında videoformatda etdiyi çıxışı ölkəsində narazılıqla qarşılanıb. 

XALQ.AZ xəbər verir ki, yerli media ölkə başçısının fikirlərini qənaətbəxş hesab etməyib.

Siyasətçilər isə Ermənistanı uçuruma yuvarlayan rəhbərin hansı üzlə BMT sessiyasında çıxış etdiyini sual edirlər.

Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan ölkənin və xalqının gələcək taleyindən narahat olduğunu göstərən fikirlər səsləndirib. O Paşinyanın dünyanın diqqətlə izlədiyi sessiyadakı onlayn çıxışını tənqid edib.

– BMT Baş Assambleyasının sessiyasında dünyanın yeganə kapitulyatorunun (Nikol Paşinyan-red.) çıxışı bir daha bunu göstərdi ki, o, ölkənin gələcəyini məhv edib.


media-728x90banner

Bənzər xəbərlər