Prezident qızının bankı bağlandı
Özbəkistan prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova bir neçə aktivindən məhrum edilib. Rusiya mətbuatının verdiyi məlumata görə, prezident qızının Daşkənddə “Primyer- holl” kinoteatrı və “Siti-Makon” ticarət və əyləncə mərkəzi bağlanıb, onun “cib bankı” hesab edilən “Kredit-Standart” bankının isə lisenziyası geri alınıb. Özbəkistan Mərkəzi Bankının saytında bankın lisenziyasının bank qanunvericiliyinin pozulması səbəbindən alındığı bildirilir.
Bank 2003-cü ildə özəl kommersiya bankı kimi yaradılıb. 2007-ci ildə isə bank açıq səhmdar kommersiya bankına çevrilib. Bundan başqa Daşkənddə yerləşən məşhur “Premyer –holl” kinotearı və “Siti-Makon” TƏM-i də bağlanıb. Müəssisələrin bağlanma səbəbi açıqlanmır.
Ticarət və əyləncə mərkəzi bir il əvvəl Gülnarə Kərimovanın iştirakı ilə açılmışdı.











