Prezident Vüqar Süleymanovu sədr təyin etdi
Vüqar Əhəd oğlu Süleymanov Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.

XALQ.AZ -ın xəbərinə görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, V. Süleymanov bu təyinatadək Ekologiya və Təbii Sərvətlər Nazirliyində Aparat rəhbəri işləyib.










