Prezidentin mühafizəsi gücləndirildi
Xüsusi-xidmət orqanları prezident Viktor Yanukoviçin mühafizəsini gücləndirib.
Yanukoviçin qərargahı ətrafında və onun səfər etdiyi yerlərdə iştirak edəcək vətəndaşlara mobil telefonlardan istifadə etmək qadağan edilib. Prezidentin getdiyi yerlərdə əllərində zənbil, portfel və sair əşyalar olan vətəndaşların yükü çox ciddi yoxlanılacaq.
Qeyd edək ki, ölkədə artıq üçüncü aydır davam edən oturaq etiraz aksiyaları nəticəsində Kiyev başda olmaqla bir çox iri şəhərdə həyat iflic vəziyyətə düşüb.











