Xəbər verdiyim kimi, aralarında “Vaqner”in lideri Priqojinin də olduğu şəxsi təyyarə Rusiyanın paytaxtı Moskva yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 10 nəfərin hamısı, o cümlədən 3 ekipaj üzvü həyatını itirib.

Priqojinin ölüm xəbəri dünyada geniş əks-səda doğursa da, Rusiya prezidenti Vladimir Putin eyni vaxtda Kursk döyüşündə nasistlər üzərində qələbənin 80-ci ildönümündə çıxış edib.

Çox şən əhval-ruhiyyədə tribunaya çıxan Putinin davranışı diqqətdən yayınmasa da, Rusiya lideri əsgərlərinə müraciət edərək “Xidmətinizə görə təşəkkür edirəm, sizinlə fəxr edirəm” deyib.

Priqojinin ölüm xəbəri dünya gündəmini zəbt edərkən, Rusiya lideri Vladimir Putin Kursk vilayətinin Poniri şəhərində keçmiş sovet qoşunlarının faşistlərə qarşı döyüşdə qazandığı qələbənin 80-ci ildönümü münasibətilə keçirilən mərasimdə iştirak edib. Mərasimdə çıxış etmək üçün səhnəyə çıxan Putinin şən əhval-ruhiyyəsi diqqət çəkib.

Həmin görüntüləri təqdim edirik:


media-728x90banner

Bənzər xəbərlər