Puqaçova pərəstişkarı ilə – FOTO
Rusiya estradasının əfsanəsi Alla Puqaçova gəzinti zamanı görüntülənib.
Puqaçovanı parkda görən pərəstişkarı onunla şəkil çəkdirmək istəyib.
77 yaşlı müğənni buna etiraz etməyib, hətta ona avtoqraf da verib.
“Bir saat əvvəl gimnastika ilə məşğul olurdum. Bir qədər sonra Alla Puqaçovanı gördüm, o, rəfiqəsi ilə gəzirdi. Bir az söhbət etdik. Hamımız adından ona möhkəm can sağlığı arzuladım” deyə fanatı sənətçi ilə görüşdən sonra sosial şəbəkələrdə yazıb.











