Putin Qərar verib-Bəşər Əsəd ailəsi ilə Moskvada
Suriyanın keçmiş Prezidenti Bəşər Əsədin hazırda Rusiyada olması barədə yayılan məlumat təsdiqlənib.
XALQ.AZ TASS-a istinadən xəbər verir ki, Suriyanın Rusiyadakı Səfirliyi B.Əsədin Moskvada olmasını təsdiq edib.
“Bəli, o Moskvadadır”, – deyə məlumatda qeyd olunub. Bununla belə, diplomatik nümayəndəlik Əsədlə hər hansı təmasının olmadığını vurğulayıb.
Xatırladaq ki, dekabrın 8-nə keçən gecə Suriyada müxalifət qüvvələri noyabrın 27-də başlatdıqları hücum çərçivəsində Dəməşqi ələ keçiriblər. Suriya ordusunun komandanlığı isə zabitləri Bəşər Əsədin hakimiyyətinin başa çatması barədə xəbərdar edib.
“Suriyanın keçmiş Prezidenti Bəşər Əsədə və ailəsinə Rusiyada sığınacaq verilməsi ilə bağlı qərarı yalnız Rusiya Prezidenti Vladimir Putin verə bilər”. bunu jurnalistlərə açıqlamasında Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.
O, bununla belə, Bəşər Əsədə sığınacağın artıq verilməsi faktını şərh etməyib: “Əlbəttə, bu cür qərarlar dövlət başçısı olmadan verilə bilməz. Bu, onun qərarıdır. Lakin hazırda bu barədə heç nə deyə bilmərəm”.
Daha sonradan TASS agentliyi Əsədin ailə ilə birlikdə Moskvada olması barədə məlumat yayıb.