Qadının yumurtalığından 60 kq-lıq şiş çıxarıldı
Meksikada bir qrup həkimin həyata keçirdiyi əməliyyatın nəticələri görənləri və eşidənləri şoka salıb.
XALQ.AZ-ın məlumatına görə, Kabo San Lukas şəhərində bir qrup həkim 51 yaşlı qadının yumurtalığından nəhəng şiş çıxarıb. Şişin nə az-nə çox, düz 60 kiloqram ağırlığında olduğu bildirilir.
Xəstə Mersedes Talamantes ölümcül xəstə olduğunu eşitməkdən qorxaraq, bu şişlə düz 5 il həkim müayinəsindən keçmədən yaşayıb. Son 2 ildə isə ümumiyyətlə evdən çıxa bilməyib. Həkimə isə artıq yeriyə bilməyəndə müraciət etməyə məcbur olub.
Əməliyyatı həyata keçirən cərrah indiyədək bu böyüklükdə şişlə qarşılaşmadıqlarını bildirib.