Qanı mavi olan nadir canlı
Polşanın dağlıq bölgələrindən birində aparılan yol genişləndirmə işləri zamanı alimləri təəccübləndirən, qəribə canlı tapılıb.
Yeraltı qayaların arasında aşkarlanan bu canlı mavi qanı ilə diqqət çəkib.
Mütəxəssislər bildirirlər ki, canlıdakı qan rəngi insanlarda olduğu kimi dəmir əsaslı deyil, mis tərkibli hemotsianin adlı maddədən qaynaqlanır.
Araşdırma aparan qruplar canlı növünün uzun müddətdir göz önündə olmayan nadir bir növə aid ola biləcəyini açıqlayıb. İlk araşdırmalara görə, canlı sərt iqlim və oksigen səviyyəsinin aşağı olduğu şəraitə uyğunlaşaraq yaşayır. Məhz buna görə qanı qırmızı deyil, mavi rəngdə görünür.
Canlının tapılmasından sonra bölgəyə bioloq və geoloqlardan ibarət xüsusi qrup göndərilib. Yol tikintisi işləri müvəqqəti dayandırılıb və ərazidə əlavə araşdırmalara başlanılıb. Mütəxəssislər hesab edir ki, bölgədə başqa nadir canlı növləri də ola bilər.
Alimlərin sözlərinə görə, insanların qanında oksigeni daşıyan maddə dəmir tərkibli hemoqlobindir və bu səbəbdən qan qırmızı görünür. Bəzi dəniz canlılarında və nadir növlərdə isə oksigen daşınması üçün mis əsaslı hemotsianin istifadə olunur. Bu maddə oksigenlə təmasda olduqda mavi rəng alır.
Tədqiqatçıların fikrincə, kəşf edilən canlının genetik xüsusiyyətləri gələcək elmi araşdırmalar üçün mühüm məlumatlar verə bilər. Hazırda nümunələr laboratoriyalara göndərilib və növün tam olaraq nə olduğu araşdırılır.
musavat










